Bank Of Baku

Gürcüstanda yeni parlamentin ilk iclası başlayıb

Gürcüstanda yeni parlamentin ilk iclası başlayıb
# 18 noyabr 2016 09:43 (UTC +04:00)

Bu gün Kutaisi şəhərində Gürcüstanın yeni seçilmiş parlamentinin ilk iclası başlayıb.

 

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, açılışda prezident Georgi Marqvelaşvili çıxış edib. “Hörmətli millət vəkilləri, sizi oktyabr seçkilərində qələbə münasibətilə təbrik edirəm və ölkənin rifahı naminə uğurlu iş arzulayıram”, - deyə o, bildirib.   

 

İlk iclasda parlament fraksiyaları, çoxluq və azlıq formalaşdırılacaq, parlamentin sədri, onun müavinləri və 15 komitənin rəhbərləri seçiləcək.

 

Açılış mərasimində hökumət nümayəndələri, diplomatik korpusun, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Ali və Konstitusiya məhkəmələrinin sədrləri, Gürcüstanın katolikos-patriarxı II İlya, digər dini icmaların nümayəndələri və başqa qonaqlar iştirak edib.

 

Qeyd edək ki, parlamentdəki 150 deputatdan 115-i “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasını, 27-si Vahid Milli Hərəkat Partiyasını, 6-sı “Vətənpərvərlər İttifaqı”nı, 1-i “Sənaye Gürcüstanı xilas edəcək” Partiyasını təmsil edir. Bir deputat (Salome Zurabişvili) isə müstəqildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR