Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 21-də keçirilmiş yerli idarəetmə orqanlarına seçkilərin yekun nəticələrini açıqlayıb.
APA-nın yerli bürosunun məlumatına görə, Tbilisinin yeni seçilmiş meri Kaxa Kaladze seçkilərdə 51,09 faiz səs əldə edib. Hakim “Gürcü Arzusu” Partiyası Tbilisi şəhər şurasında 15 üzvlə təmsil olunacaq.
Azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun yeni seçilmiş icra başçısı Temur Abazov seçkilərdə 69,71 faiz səs toplayıb.
MSK noyabrın 12-də Kutaisi şəhəri ilə yanaşı, 5 inzibati ərazi vahidində yerli seçkilərin ikinci mərhələsinin keçirilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, yerli seçkilərdə Gürcüstan seçiciləri 64 bələdiyyəyə 2058 üzv və 64 icra başçısı seçiblər.