Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun mərkəzində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, 4 avtomobilin toqquşması nəticəsində 7 nəfər şəxs xəsarət alıb.
Xəsarət alanlar arasında azyaşlı uşaqların olduğu bildirilir.
Hadisə yerinə patrul polisi və təcilli tibbi yardım maşını cəlb olunub. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onların xəsarətlərinin ağır olmadığı bildirilir.
Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparır.