Bank Of Baku

Gürcüstanın baş naziri: “Hakim partiyanın prezidentliyə layiqli namizədi olacaq”

Gürcüstanın baş naziri: “Hakim partiyanın prezidentliyə layiqli namizədi olacaq”
# 21 aprel 2018 15:23 (UTC +04:00)

““Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının prezident seçkilərində layiqli namizədi olacaq”.

 

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Ambrolauridə partiyanın regional konfransında deyib. Baş nazir bildirib ki, payızda Gürcüstanda çox vacib seçkilər keçiriləcək, ölkə prezident seçəcək: “Biz hamımız bir yerdə olmalıyıq ki, layiqli namizədə səs verək. Dövlət başçısı vəzifəsini 6 il müddətində tutacaq Gürcüstan prezidenti layiqli təmsil olunmalı və məhz bizim partiyanın səsi seçkilərdə uğuru müəyyən edəcək”.

 

Qeyd edək ki, qonşu ölkədə prezident seçkiləri oktyabr ayında keçiriləcək. Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidzenin dünən bildirdiyinə görə, hakim partiya prezidentliyə namizədini iyul və ya avqust ayında açıqlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR