Bank Of Baku

Gürcüstanın keçmiş ədliyyə naziri Belçika hökumətindən siyasi sığınacaq istəyib

Gürcüstanın keçmiş ədliyyə naziri Belçika hökumətindən siyasi sığınacaq istəyib
# 05 yanvar 2013 22:43 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın keçmiş ədliyyə naziri Zurab Adeişvili ona siyasi sığınacaq verilməsi barədə Belçika hökumətinə müraciət edib. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu xəbər sosial şəbəkələrdə yayılıb. Xəbərdə qeyd olunur ki, Adeişvili artıq Belçika tərəfinin razılığını alıb.

 

“Vahid Milli Hərəkat”da hələlik bu məlumatı təsdiqləməyiblər.

 

Qeyd edək ki, Gürcüstan Baş prokurorluğu bu gün məhkəməyə Zurab Adeişvili barəsində həbs qəti imkan tədbiri seçilməsi barədə müraciət edib. Məhkəmə müraciəti qəbul edib və Adeişvili barəsində qiyabi olaraq həbs qərarı çıxarıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR