Gürcüstanın sabiq baş naziri təkrar ifadə verəcək

Gürcüstanın sabiq baş naziri təkrar ifadə verəcək
# 01 dekabr 2012 23:16 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. “Gürcüstanın sabiq baş naziri təkrar ifadə verəcək.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda qeyd edilib ki, saxta sənədlərdən istifadə və sərhədi qeyri-qanuni keçmə faktı üzrə araşdırma faktı ilə bağlı bu gün sabiq baş nazir Vano Merabişvilidən şahid qismində ifadə alınıb. “Merabişvili ifadə vermək üçün prokurorluğa gəlib, lakin istintaqla əməkdaşlıq etməyib. O, konkret suallardan yayınıb. Onun ifadəsi səthi və qarşılıqlı olmayıb. O, istintaq faktlarını və ifadəsini təkzib etməyə cəhd edib. Buna görə də istintaq yenidən davam edəcək və bütün şəxslər dindiriləcək. Daxili işlər nazirliyinin bəyanatına görə, prezidentin protokol xidmətinin əməkdaşları və eyni zamanda sabiq nazirdən də təkrar ifadə alınacaq,” bəyanatda deyilib.

Xatırladaq ki, bu gün Gürcüstan Daxili İşlər Nazirliyi sabiq baş nazir Vano Merabişvili tərəfindən təhqiqata başlandığını açıqlayıb. Nazirliyin bəyanatında deyilir ki, noyabrın 30-da keçmiş baş nazir İvane (Vano) Merabişvili Ermənistana uçmaq üçün dövlət nümayəndə heyətinin tərkibində hava limanına gəlib: “Pasport yoxlamasından keçərkən prezidentin protokol xidmətinin əməkdaşı Merabişvilinin pasportunu sərhədçilərə təqdim edib. Sərhədçi müəyyən edib ki, pasportda Merabişvilinin fotosu olsa da, sənəd Levan Maisuradze adlı şəxsin adına verilib. Bununla əlaqədar Tiflis Patrul Polisi Baş İdarəsinin istintaq xidməti tərəfindən saxta sənədlərdən istifadə və sərhədi qeyri-qanuni keçmə faktı üzrə təhqiqata başlanıb”.

Qeyd edək ki, V. Merabişvili Baş Prokurorluq binasına daxil olarkən jurnalistlərə açıqlama verib: “Bidzina İvanişviliyə və onun partiyasına demək istəyirəm ki, bizim komandanı hədə, şantaj, dindirmələr və həbslərlə qorxuda və bizi Gürcüstan uğrunda mübarizədən çəkindirə bilməzsiniz. Biz geri çəkilməyəcəyik. Mən istənilən yerdə istənilən suallara cavab verməyə hazıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR