APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Z.Jvaniyanın qardaşı Georgi məlumat verib.
Onun sözlərinə görə, bir çox yüksək rütbəli şəxslər dindiriləcək: “Mən dəfələrlə demişəm ki, ölüm səhnəsi prezident Mixail Saakaşvilinin başçılığı ilə Georgi Baramidze, Vano Merabişvili və Zurab Adeişvili tərəfindən quraşdırılıb, rəsmi versiya – Jvaniyanın bədbəxt hadisə nəticəsində ölməsi isə tamamilə yalandır”.
Qeyd edək ki, Z.Jvaniya çağdaş Gürcüstan siyasətinin aparıcı fiqurlarından və “qızılgül inqilabı”nın liderlərindən biri olub. Onun və Kvemo Kartli bölgəsinin qubernator müavini, əslən azərbaycanlı olan Raul Yusupovun meyitləri 3 fevral 2005-ci ildə Tiflisdəki mənzillərin birində aşkarlanıb. Rəsmi versiyaya görə, ölümə səbəb dəm qazından zəhərlənmə olub.