Bakı – APA. Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili haqqında 2008-ci ildə qiyabi olaraq çıxarılmış 11 illik həbs cəzası ləğv edilib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, qərar Tiflis Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunub. Lakin bu qərara baxmayaraq, İ. Okruaşvili hələlik həbsdə qalır, çünki onun barəsində qanunsuz silahlı dəstə yaratmaq ittihamı ilə daha bir məhkəmə hökmü mövcuddur. Keçmiş nazirin vəkilləri onun girov müqabilində azadlığa çıxmasına çalışır.
Xatırladaq ki, Fransada mühacirətdə olan İ. Okruaşvili “Gürcü Arzusu” koalisiyasının seçkilərdə qələbəsindən sonra ölkəyə qayıdıb və həbs olunub.