Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan müdafiə naziri vəzifəsindən azad olunan Mindia Canelidze Dövlət Təhlükəsizliyi və böhranların idarə edilməsi Şurasının katibi postuna təyin edilib.
APA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə baş nazir İrakli Qaribaşvili keçirdiyi brifinqdə məlumat verib.
Sabiq müdafiə nazirinə təşəkkür edən İ. Qaribaşvili onun vəzifəsindən azad olunması səbəbini açıqlamayıb.