Bank Of Baku

HDP-nin Ankara və İstanbul təşkilatının sədrləri tutulub

HDP-nin Ankara və İstanbul təşkilatının sədrləri tutulub
# 12 dekabr 2016 07:01 (UTC +04:00)

Türkiyədə PKK terror təşkilatının siyasi qanadı hesab olunan Xalqların Demokrat Partiyasının (HDP) rəhbərliyində təmsil olunan şəxslər həbs edilib.

 

APA-nın “Hürriyet”-ə istinadən yayığı məlumata görə, Ankara, İstanbul və Adana şəhərlərində əməliyyat keçirilib. Ümumilikdə, terror şübhəsi ilə partiyanın 62 üzvü  saxlanılıb. Saxlanılanlar adasında HDP-nin İstanbul vilayət təşkilatının sədri Aysel Güzel, Ankara vilayət təşkilatının sədri İbrahim Binici, Adana vilayət təşkilatının həmsədrləri Hüseyn Beyaz və Gülseren Tural da var.

 

Qeyd edək ki, dekabrın 10-da İstanbulda “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 39 nəfər həlak olub, 155 nəfər yaralanıb.
 

İsmayıl Fətəliyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR