Bank Of Baku

İki ay ərzində Türkiyədən Avropa Məhkəməsinə 16 min 700 şikayət daxil olub

İki ay ərzində Türkiyədən Avropa Məhkəməsinə 16 min 700 şikayət daxil olub
# 11 aprel 2013 08:31 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Türkiyənin ədliyyə naziri Sadullah Ergin deyib. Nazir qeyd edib ki, bu rəqəm məhkəməyə edilən müraciətlərin 13,2 faizini təşkil edir. Onun sözlərinə görə, Avropa Məhkəməsi tərəfindən Türkiyə əleyhinə verilən şikayətlərlə bağlı çıxarılan 1857 qərar isə icrasını gözləyir.

 

S. Ergin Türkiyənin Rusiyadan sonra Avropa Məhkəməsinə ən çox müraciət edilən və qərar çıxarılan ikinci ölkə olduğunu vurğulayıb. O, Ədliyyə Nazirliyi yanında yaradılmış İnsan Hüquqları Təzminat Komissiyasına edilən müraciətlər əsasında Avropa Məhkəməsində baxılan 4 minə yaxın şikayətin gündəlikdən çıxarılacağını gözlədiklərini də açıqlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR