Bakı – APA. Gürcüstan Baş Prokurorluğu hazırda həbsdə olan sabiq müdafiə naziri İrakli Okruaşvilinin üzərindən 3 maddə üzrə ittihamları götürüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Baş Prokurorluğun nümayəndəsi Teymuraz Mikaberidze deyib. O bildirib ki, “Geocell” mobil rabitə şirkətinin səhmlərinin qeyri-qanuni mənimsənilməsi, xidməti səlahiyyətləri aşma və səhlənkarlıq maddələri üzrə ittihamlar sübut olmadığından, götürülüb. Bu ittihamlar əsasında keçmiş nazir 2008-ci ildə 11 il müddətinə azadlıdan məhrum olunmuşdu. Yanvarın 10-da apellyasiya məhkəməsi İ. Okruaşvilyə bəraət verəcək.
Xatırladaq ki, əvvəl mühacirətdə olan İ. Okruaşvili “Gürcü Arzusu” koalisiyasının seçkidə qələbəsindən sonra ötən ilin noyabrında Gürcüstana qayıdıb və həbs olunub.