Bank Of Baku

İranla “altılıq” ölkələri arasında növbəti nüvə danışıqları Vyanada keçiriləcək

İranla “altılıq” ölkələri arasında növbəti nüvə danışıqları Vyanada keçiriləcək
# 13 fevral 2014 17:50 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Gələn həftə Vyanada İranla “altılıq” ölkələri arasında növbəti nüvə danışıqları keçiriləcək.

 

APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf deyib.

 

O bildirib ki, danışıqların bir neçə gün davam edəcəyi gözlənilir: “Əvvəlki müzakirələr bir neçə gün çəkdi və sonra ölkələrimizə qayıtdıq. İndi yenidən danışıqlar masası arxasına keçirik. Mən müzakirələrin neçə gün çəkəcəyini dəqiq deyə bilmirəm. Ancaq bir neçə gün davam edəcəyi gözlənilir”.

 

M.Harf deyib ki, ABŞ dövlət katibinin müavini Vendi Şermanın İran rəsmiləri ilə müzakirələri nüvə məsələsi ilə bağlı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR