Bank Of Baku

İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynov Ukraynada mühüm görüşlər keçirib

İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynov Ukraynada mühüm görüşlər keçirib
# 20 dekabr 2013 11:33 (UTC +04:00)

APA-nın xəbərinə görə, görüşdə bu il noyabrın 30-da və dekabrın 1-də Kiyevdə baş vermiş kütləvi etirazlar zamanı hüquq mühafizə orqanlarının müdaxiləsi ilə bağlı məsələlər danışıqların əsas müzakirə mövzusu olub.

 

L.Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyətinə həmin aksiyalar zamanı tutulmuş şəxslər haqqında, habelə etirazçılara qarşı polis əməkdaşları tərəfindən hədsiz güc tətbiq olunması ilə bağlı şikayətlər üzrə aparılan istintaq barəsində geniş məlumat verilib. Gələcəkdə kütləvi aksiyalar zamanı pis rəftarın və hədsiz güc tətbiqinin qarşısının alınması istiqamətində Ukraynanın müvafiq hakimiyyət orqanları tərəfindən həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub.

 

Lətif Hüseynov APA-ya görüşlərin səmimi və konstruktiv şəraitdə keçdiyini bildirib. Görüşlərdə Ukraynanın prokurorluq və daxili işlər orqanları ilə Komitə arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR