Bank Of Baku

İspaniya baş naziri: "Kataloniya parlamentinin qərarı cinayətdir"

İspaniya baş naziri: "Kataloniya parlamentinin qərarı cinayətdir"
# 27 oktyabr 2017 17:07 (UTC +04:00)

İspaniya baş naziri Mariano Rahoy Kataloniya parlamentinin müstəqillik haqqında bəyannamə qəbul etməsini cinayət əməli adlandırıb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, İspaniya baş naziri katalonları əmin edib ki, hər şey yaxşı olacaq:

 

“Konstitusiyamızı ləğv etmək istəyənlərə dövlət reaksiya verir”.

 

Qeyd edək ki, bu gün Kataloniya parlamentində regionun İspaniyadan ayrılaraq müstəqillik elan edilməsi barədə Bəyannamə müzakirə edilib. Kataloniya parlamenti səs çoxluğu ilə müstəqilik haqqında bəyannaməni qəbul edib. İspaniya baş naziri Mariano Rahoy “Twitter” sosial şəbəkəsindəki səhifəsində bütün ispanları səbirli olmağa çağırıb. Baş nazir Kataloniyada qanunun bərpa ediləcəyini bildirib. Bu gün İspaniya Senatı Kataloniyanın muxtariyyətini ləğv edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR