Bank Of Baku

İspaniya məhkəməsi Puçdemon barədə həbs qərarını ləğv edib

İspaniya məhkəməsi Puçdemon barədə həbs qərarını ləğv edib
# 05 dekabr 2017 11:55 (UTC +04:00)

İspaniya Ali Məhkəməsi Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemonun həbsinə dair beynəlxalq orderi ləğv edib.


APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya məhkəmə orqanının rəsmi “Twitter” səhifəsində bildirilib.

 

Məlumatda deyilir ki, hakim Pablo Lyarena hazırda Belçikada olan K. Puçdemon və Kataloniyanın 4 keçmiş hökumət üzvünün saxlanılmasına dair qərarı ləğv edib.

 

Xatırladaq ki, noyabrın 3-də İspaniya Milli Məhkəmə Kollegiyası K.Puçdemon və digər 4 nəfərin həbs edilməsinə dair qərar çıxarmışdı. Kataloniya hökumətinin keçmiş üzvləri qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində  ittiham olunurdular. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur. Bu şəxslərin İspaniyaya təhvil verilməsi ilə bağlı qərar dekabrın 14-də veriləcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR