İspaniya Mülki Qvardiyası narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində əməliyyat keçirib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, aparılan əməliyyat zamanı 15 nəfər saxlanılıb, 4 ton həşiş ələ keçirilib.
Cinayətkar qruplaşmanın Malaqada yerləşdiyi və narkotik vasitələrin Avropa ölkələrində satışını təşkil etdiyi açıqlanıb. Həşiş İspaniyaya Mərakeşdən gətirilir.