İspaniyada sərnişin qatarının qəzaya uğraması nəticəsində azı 40 nəfər xəsarət alıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Alkala-De-Enares yaşayış məntəqəsində yerləşən dəmiryol stansiyasında qeydə alınıb. Qatar vaxtında dayana bilməyib və dalan divarına dəyib.
Sərnişinlər arasında ağır xəsarət alan yoxdur. İlkin məlumatlara görə, hadisə qatarın əyləc sistemində yaranmış nasazlıq nəticəsində baş verib.