Bakı-APA. Fevralın 23-də axşam saatlarında İspaniyanın 80 şəhərində izdihamlı etiraz aksiyaları keçirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli “El Mundo” nəşri məlumat verir.
“Vətəndaş dalğası” platformasının bütün ölkə ərazisində təşkil etdiyi aksiyalarda küçələrə çıxan on minlərlə insan dövlət xərclərinin azaldılmasına, hakim Xalq partiyasındakı korrupsiya qalmaqallarına və ölkədə yaranmış siyasi vəziyyətə etirazlarını bildirib. Ən izdihamlı aksiya paytaxt Madriddə qeydə alınıb.