Bakı-APA. İspaniyanın baş naziri Mariano Raxoy korrupsiya ilə mübarizədə sərt tədbirlər görəcəyini bəyan edib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Mariano Raxoy bu cür bəyanatla lider olduğu partiyanın keçmiş xəzinədarının İsveçrə banklarında açdığı hesablarında milyonlarla dolların olması barədə məlumatlar yayıldıqdan sonra çıxış edib.
Xatırladaq ki, keçən həftə istintaq Xalq partiyasının keçmiş xəzinədarı Luis Barsenasın İsveçrə banklarındakı şəxsi hesablarında 25 milyon dollar yatırdığını müəyyən edib.
Luis Barsenas, öz növbəsində, bütün ittihamları qəti inkar edir.
Qeyd edək ki, bu insident İspaniyada qızğın debatlara səbəb olub. Belə ki, ölkədə işsizliyin səviyyəsi 25 faizə çatdığına baxmayaraq, hökumət büdcə kəsirini azaltmaq məqsədilə dövlət xərclərini xeyli azaldıb.