Bank Of Baku

İstanbul aeroportunda təyyarə yanıb, azı 4 nəfər xəsarət alıb

İstanbul aeroportunda təyyarə yanıb, azı 4 nəfər xəsarət alıb
# 21 sentyabr 2017 22:16 (UTC +04:00)

İstanbulun Atatürk aeroportunda özəl təyyarə hərəkət zamanı uçuş-eniş zolağından çıxaraq yanıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı 4 nəfər xəsarət alıb.  

 

Məlumata görə, qəza təyyarə eniş edən zaman baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğın hazırda söndürülüb. Hadisəyə görə, aeroport müvəqqəti təyyarələrin qəbulunu dayandırıb.  

 

Yaralılar xəstəxanaya yerləşdirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR