İstanbul başda olmaqla, Türkiyənin 12 vilayətində Fətullahçı Terror Təşkilatı - FETÖ üzvlərinə qarşı əməliyyat başlayıb.
APA-nın “Hürriyet”ə istinadən yaydığı məlumata görə, İstanbul Universitetində çoxlu sayda professor, dosent, dosent yardımçısı saxlanılıb.
Ümumilikdə 87 nəfərin nəzarətə götürülməsinə dair sanksiya var. Artıq onlardan 51-i saxlanılıb. Hüquq-mühafizə orqanları eyni vaxtda 100-dən çox ünvanda axtarış aparır.
İsmayıl Fətəliyev