Bakı-APA. İstanbulda 13 il İnterpol tərəfindən axtarılan narkobaron Cumhur Yaqut yaxalanıb. APA-nın Haberturk telekanalına istinadən verdiyi xəbərə görə, İstanbulun narkotiklərlə mübarizə idarəsinin əməkdaşları şəhərin Sarıyer rayonunda Yaqutun gizləndiyi villanı mühasirəyə alıb. Havadan dəstək məqsədi ilə əməliyyata həmçinin helikopter cəlb olunub. Polisdən qaçmağa çalışan cinayətkar villanın 2 metr hündürlüyündə olan hasarından tullanarkən ayağını sındırıb.
Məlumata görə, Cumhur Yaqut ABŞ-ın ən iri narkobaronlarından biri sayılır. Onun terrorçu PKK təşkilatı ilə əlaqəli olduğu qeyd olunur.