Bank Of Baku

İstanbulda 1 May mitinqlərində 203 nəfər saxlanılıb

İstanbulda 1 May mitinqlərində 203 nəfər saxlanılıb
# 02 may 2015 03:47 (UTC +04:00)

Bakı-APA. İstanbulda 1 May mitinqlərində 203 nəfər saxlanılıb, 24 nəfər xəsarət alıb.

 

APA-nın DPA agentliyinə istinadən verdiyi məlumata görə, xəsarət alanlardan 18-i nümayişçi, 6-sı isə polis əməkdaşıdır.

 

Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və  su şırnaqlarından istifadə edib.  

 

Xatırladaq ki, Türkiyənin Həmkarlaq İttifaqları "1 May - Zəhmətkeşlərin Həmrəyliyi Günü" münasibətilə yürüş keçirmək və Taksim meydanında mitinq təşkil etmək üçün İstanbul Bələdiyyəsinə müraciət etmişdi, lakin şəhər rəhbərliyi onlara rədd cavabı vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR