Bank Of Baku

İstanbulda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş toplantı keçirilib

İstanbulda  Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş toplantı keçirilib
# 09 dekabr 2016 22:31 (UTC +04:00)

İstanbulda  Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş toplantı keçirilib

 

APA-nın məlumatına görə, İstanbulun ən böyük özəl təhsil ocağı olan İSTEK Vəqfinə bağlı Yedditəpə universitetində  Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş toplantı keçirilib.

 

Azərbaycanın İstanbuldakı baş konsulluğu və Yedditəpə universiteti tərəfindən birgə keçirilən toplantının açılışında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. Universitetin tələbələri Heydər Əliyevin fəaliyyəti barədə elmi məruzələrlə çıxış edəndən sonra azərbaycanlı müəllim Rafiq Əziz Xocalı şəhidlərinin övladlarının Türkiyədə təhsil almalarına Heydər Əliyevin verdiyi dəstəkdən danışıb.

 

İSTEK Vəqfinin başqanı və Yedditəpə universiteti qurucular heyətinin sədri Bədrəddin Dalan toplantıdakı çıxışında Türklərin tarixdəki dövlət qurma təcrübələrindən danışarkən Heydər Əliyevin Azərbaycanda qurduğu dövlətin  Türk tarixindəki önəmini vurğulayıb: ” Heydər Əliyev Azərbaycan dövlətini quraraq  Mustafa Kamal Atatürkün 1933-cü ildə dediyi sözləri həyata keçirib, Azərbaycanda, bir növ Türkiyə Cümhuriyyətinin davamını ərsəyə gətirib. Gənclər, xüsusilə, sizə müraciət edirəm: o dahi şəxsiyyətin həyat və fəaliyyətini  dərindən öyrənin, onun dünyaya qoyub getdiyi qiymətli miraslardan  daima istifadə edin. Heydər Əliyevin qurduğu Azərbaycan dövlətinin sonsuzluğa qədər yaşamasını diləyirəm. Azərbaycan var olduğu müddətcə bizim dəstəyimiz də onun arxasında olacaqdır”.

 

Toplantıda çıxış edən Azərbaycan Respublikasının  İstanbuldakı baş konsulu Məsim Hacıyev  deyib ki, Heydər Əliyevin həyat və fəaliyyətini  ən dəqiq şəkildə  “şüurlu şəkildə yaşanmış həyat” sözləri xarakterizə edir. Heydər Əliyevin gənc yaşlarından başlayaraq həyata keçirdiyi məqsədyönlü işlər barədə onun müasirlərinin xatirələrindən bəzi epizodları toplantı iştirakçıları ilə bölüşən baş konsul Hacıyev, ”Mərhum  Heydər Əliyevin hələ gənc yaşlarından gördüyü işlər Azərbaycan cəmiyyətində milli şüurun güclənməsinə xidmət edib”- deyə vurğulayıb. Baş konsul Hacıyev çıxışına bu sözlərlə davam edib: ”Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-ci illərdə iqtisadiyyat daima artım tempində oldu, rüşvətə və qanunsuzluqlara qarşı amansız mübarizə aparan ulu öndərimiz milli-mənəvi dəyərlərimizi daima ön planda tutdu. Məsələn, 1975-ci ildə 4 cildlik “Azərbaycan dili” kitabına dövlət mükafatı verdirməsi SSRİ miqyasındakı nadir hadisələrdən biri idi. Yazıçılar İttifaqının 1981-ci ildə keçirilən qurultayında Türkiyədə də yaxşı tanınan milli şairimiz Bəxtiyar Vahabzadə “Füzulinin Kərbəladakı məzarı yaxşı vəziyyətdə deyil, BMT-yə müraciət etmək üçün bizə kömək edin”- deyə qurultayda iştirak edən Heydər Əliyevdən kömək istəyəndə ulu öndərimiz “Füzuli üçün istədiyiniz yerə müraciət edin, mən həmişə sizi dəstəkləyəcəyəm”- demiş və sözünün arxasında durmuşdu. 1982-82-ci illər arasında Sov.İKP MK Siyasi bürosunun üzvü olanda da gözü daima Azərbaycanın üstündə olmuşdur. Xalqın tələbi  və dəstəyi ilə 1993-cü ildə müstəqil Azərbaycanın rəhbəri seçilən Heydər Əliyev 1994-cü ilin fevralında Türkiyəyə ilk rəsmi səfərində iki qardaş ölkə arasındakı münasibətlərin əbədi yolunu “Bir millət iki dövlət”- sözləriylə müəyyənləşdirmişdir”.

 

Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi sahəsində Heydər Əliyevin  həyata keçirdiyi  strateji layihələrdən danışan baş konsul Məsim Hacıyev, məhz onun uzaqgörən siyasəti nəticəsində bu gün Türkiyə ilə Azərbaycanın, başda enerji olmaqla, müxtəlif sahələrdəki əməkdaşlığı hər iki ölkəni bölgənin lider ölkələri halına gətirdiyini vurğulayıb. Məsim Hacıyev, Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət idarəçiliyi prinsiplərinin prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini və onun sayəsində Türkiyə-Azərbaycan münasibətlərinin vaxt keçdikcə daha da  inkişaf etdiyini sözlərinə əlavə edib. Çıxışının sonunda baş konsul  İSTEK Vəqfini başqanı və Yedditəpə universiteti qurucular heyətinin sədri Bədrəddin Dalana təşəkkür edərək rəssam Rəfiq Əzizin çəkdiyi Heydər Əliyev portretini ona  hədiyyə verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR