Bank Of Baku

İstanbulda Səid Cəlili və Ketrin Eşton arasında görüş başlayıb

İstanbulda Səid Cəlili və Ketrin Eşton arasında görüş başlayıb
# 15 may 2013 23:51 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Mayın 15-də gecə saatlarında Türkiyənin İstanbul şəhərində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında görüş başlayıb. APA-nın İran KİV-lərinə istinadən məlumatına görə, tərəflər birgə şam etdikdən sonra müzakirə masası arxasına keçiblər. İranın İstanbuldakı Baş Konsulluğunda keçirilən görüşdə İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Bagıri də iştirak edir. Mayın 16-da S. Cəlili müzakirələrin detalları barədə məlumat vermək üçün İranın İstanbuldakı Baş Konsulluğunda mətbuat konfransı keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR