Bank Of Baku

İstanbulun gecə klubunda baş verən terrorla bağlı saxlanılanların sayı 14-ə çatıb

İstanbulun gecə klubunda baş verən terrorla bağlı saxlanılanların sayı 14-ə çatıb
# 03 yanvar 2017 11:48 (UTC +04:00)

İstanbulun “Reina” gecə klubunda baş verən terror hadisəsi ilə  əlaqədar saxlanılanların sayı 14-ə çatıb.

 

APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, bu barədə İstanbul Terrorla mübarizə idarəsi təmsilçiləri bildirib.

 

Məlumatda  qeyd olunub ki, hadisə ilə bağlı 8 nəfərin ifadəsi alınarkən daha 4 nəfər saxlanılıb.

 

Bildirilib ki, hadisəni törədən şəxsin görüntüləri KİV-də yayılandan sonra hüquq-mühafizə  orqanlarına yeni məlumatlar daxil olur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR