Bu gün Stokholm metrosunda partlayış zamanı yaralanan 60 yaşlı kişi həyatını itirib.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İsveç polisi məlumat yayıb.
Partlayışda yaralanan 45 yaşlı qadın həmin kişinin həyat yoldaşı olub. Üzündən və ayağından yaralanan qadın xəstəxanaya yerləşdirilib. Polis qətl və ictimai təhlükəsizliyə qarşı cinayətlə bağlı ilkin təhqiqata başlayıb.
***
saat 16.05
Bu gün Stokholm metrosunda partlayışa səbəb əl qumbarası olub.
APA-nın məlumatına görə, bu barədə İsveçin "Aftonbladet" qəzeti məlumat yayıb.
Partlayış nəticəsində 60 yaşlı kişi və 45 yaşlı qadın yaralanıb.
Stokholm Polis Departamentinin nümayəndəsi Sven-Erik Olsson bildirib ki, partlayış yaralanan şəxslərdən birinin yerdəki cismi götürən zaman baş verib. Partlayışdan sonra metro və ətrafı polis tərəfindən əhatəyə alınıb.
***
saat 15.41
Bu gün İsveçin paytaxtı Stokholmda metro stansiyasında partlayış baş verib.
APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ən azı 2 nəfər yaralanıb.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.