Bakı-APA. Bir neçə gündür İsveçin paytaxtı Stokholm şəhərini bürümüş kütləvi iğtişaşlar ölkənin mərkəzindəki Erebru şəhərinə da keçib.
Dünən şəhərdə təxminən 20 nəfər polisə hücum edib və avtomobilləri yandırıb. Polis onların əsasən gənclərdən ibarət olduğunu bildirir.
Stokholm ətraflarında da avtomobillər yandırılıb. İğtişaşlarda 100-dən artıq şəxs iştirak edir.
İğtişaş törədənlərin sağ yönümlə ekstremistlər olduğu barədə məlumat verilir. Polis iğtişaşın təşkilatçılarını həbs edir. Artıq onlardan 29 nəfəri həbs edilib.