Bank Of Baku

“Ethiopian Airlines” şirkətinə məxsus “Boeing”i təyyarənin ikinci pilotu qaçırmağa cəhd edib - YENİLƏNİB 1

“Ethiopian Airlines” şirkətinə məxsus “Boeing”i təyyarənin ikinci pilotu qaçırmağa cəhd edib - <span style="color: red;">YENİLƏNİB 1
# 17 fevral 2014 10:02 (UTC +04:00)

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, təyyarəni ikinci pilot ələ keçirməyə cəhd edib. O, əsas pilotun kabinədən çıxarkən planını həyata keçirməyə çalışıb. Lakin bu, ona nəsib olmayıb.

 

Saxlanılan şəxs vətəni Efiopiyada təqib edildiyini açıqlayıb. Onun İsveçrədən sığınacaq istədiyi də məlum olub.

 

 

 

***

10:54

 

 

Bakı – APA. Cenevrədə məcburi eniş edən sərnişin təyyarəsini qaçırmağa cəhd edən şəxs saxlanılıb.


 

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Cenevrə hava limanının mətbuat katibi Bertran Ştempfli deyib.

 

O bildirib ki, bütün sərnişinlər artıq təyyarən çıxarılıb və təhlükəsiz yerə aparılıb.

 

 

 

***

10:29

 

 

Bakı – APA. İsveçrə səmasında “Ethiopian Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin qaçırılması cəhdi olub.


 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, pilotlar Cenevrə aeroportunun dispetçerlərinə bildiriblər ki, təyyarə naməlum şəxslər tərəfindən ələ keçirilib.

 

Bir müddət sonra Boeing 767-300 tipli təyyarə hava limanına məcburi eniş edib.

 

Hazırda hadisə yerində polis əməkdaşlarının işlədiyi bildirilir.

 

Hadisənin təfərrüatları hələlik açıqlanmır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR