Bakı-APA. Fevralın 16-da axşam saatlarında İtaliyanın mərkəzi hissəsində yerləşən Frozinone vilayətində, paytaxt Romadan 90 km aralıda 4,8 bal gücündə zəlzələ olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İtaliyanın Milli geofizika və vulkanologiya institutunun məlumatında bildirilir ki, yeraltı təkanların episentri 10,8 km dərinlikdə qeydə alınıb.
Təkanlar Abrutso vilayətində də hiss olunub. Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.