Bakı-APA. İtaliyanın “ENİ” enerji şirkətinin qərargah mənzilində və şirkətin baş direktoru Paolo Skaroninin evində axtarış keçirilib. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, prokurorluq əməkdaşlarının məlumatına görə, axtarışlar korrupsiya halı üzrə açılan cinayət işinin istintaqı çərçivəsində keçirilib.
“France 24” telekanalının verdiyi xəbərə görə, prokurorluğun məlumatına əsasən, “ENİ” enerji şirkətinin rəhbərliyinin bir neçə nümayəndəsi “Saipem işi” adı ilə tanınan korrupsiya işinə aidiyyatı müəyyən oluna bilər. İddiaya görə, “ENİ” enerji şirkətinə daxil olan “Saipem” neft-servis şirkətinin rəhbərliyi sərfəli kontraktlar əldə etmək məqsədi ilə Əlcəzair hökumətinin yüksək vəzifəli şəxslərinə böyük məbləğdə rüşvət verib. Qeyri rəsmi məlumata görə, rüşvətin ümumi məbləği 200 milyon avrodan çoxdur.
“ENİ” enerji şirkətində məsələ ilə bağlı heç bir şərh verilmir.