Bank Of Baku

İvanişvili: “Mən Medvedevlə danışmağa fürsət tapa bilmədim, biz sadəcə salamlaşdıq”

İvanişvili: “Mən Medvedevlə danışmağa fürsət tapa bilmədim, biz sadəcə salamlaşdıq”
# 06 fevral 2013 01:25 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın baş naziri Bidzina İvanişvili bildirib ki, onun rusiyalı həmkarı Dmitri Medvedevlə görüşü Davosda baş tutmuş görüşü çox qısa olub. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, Bidzina İvanişvili jurnalistlərə açıqlamasında bildirib ki, o Medvedevlə danışmağa fürsət tapa bilməyib.

 

“Biz sadəcə bir-birimizin əhvalı ilə maraqlandıq. Başqa bir şey baş verməyib. Yadımdadır ki, mən jurnalistlərin görüşün təfərrüatlarına dair suallarına zarafatla yaxşı cavab verdim – mən onlara Medvedevə necə əl uzatdığımı göstərdim”, deyə baş nazir bildirib.

 

Onun sözlərinə görə, Davosda daha maraqlı görüşlər özəl sektorun nümayəndələri ilə, potensial investorlarla keçmişdi.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR