Bank Of Baku

Türkiyədə məktəbdə partlayış olub, 1 nəfər ölüb

Türkiyədə məktəbdə partlayış olub, 1 nəfər ölüb
# 06 fevral 2018 11:28 (UTC +04:00)

Türkiyənin İzmir şəhərində yerləşən lisey binasında partlayış baş verib.

 

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Abdülhamit Xan Peşə və Texniki Anadolu Liseyində qaz sızıntısı ilə əlaqədar baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. 
 
Partlayışdan sonra yanğın başlayıb. Hadisə yerinə polis əməkdaşları, xilasedici və yanğınsöndürənlər cəlb olunub. Yanğını böyümədən söndürmək mümkün olub. Şagirdlər məktəbdən təxliyə edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR