Bank Of Baku

Jurnalistlər Afinada anarxistlərin hücumuna məruz qalıb

Jurnalistlər  Afinada anarxistlərin hücumuna məruz qalıb
# 19 aprel 2015 00:31 (UTC +04:00)

Bakı-APA. Afina Universitetinə hücum edən şəxslər barəsində məhkəmə prosesini işıqlandıran jurnalistlər anarxistlərin hücumuna məruz qalıb.  

  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Yunanıstan polisi aprelin 17-də bir həftə əvvəl Afina Universitetinə hücum edərək binanı ələ keçirən  anarxist təşkilatların 14 üzvünü saxlayıb. Həbs edilən şəxslərin məhkəmə prosesi aprelin 18-nə təyin olunmuşdu. Proses  geniş rezonansa səbəb olub.  

 

Tərəfdarlarını dəstəkləməyə gəlmiş yüzlərlə anarxist polis əməkdaşlarının qarşısında jurnalistlərə hücum edib.

 

Yunanıstan Jurnalistlər Birliyi hücumu pisləyib və həmkarlarının təhlükəsizliyinin təmin edilməsini tələb edib.  

 

“Hücuma sadəcə həmkarlarımız yox, ümumilikdə, KİV və söz azadlığı məruz qalıb”, deyə  Jurnalistlər Birliyinin rəhbəri hadisəni şərh edərkən qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR