Bank Of Baku

Kaçinski dekabrın 16-da parlamentdə baş verənləri dövlət çevrilişinə cəhd adlandırıb

Kaçinski dekabrın 16-da parlamentdə baş verənləri dövlət çevrilişinə cəhd adlandırıb
# 27 dekabr 2016 11:30 (UTC +04:00)

Polşanın hakim “Qanun və ədalət” partiyasının sədri Yaroslav  Kaçinski dekabrın 16-da ölkə parlamentində baş verən hadisələri dövlət çevrilişinə cəhd adlandırıb.

 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Y. Kaçinski bildirib ki, müxalifətin əsas məqsədi yeni büdcənin qəbulunu əngəlləmək olub.

 
“Əvvəllər də hakimiyyəti güc yolu ilə ələ keçirmək barədə siqnallar gəlirdi. Müxalifətin əsas məqsədi hakim partiyaya yeni büdcəni qəbul etməyə yol verməməkdir. Lakin biz bu tələyə düşmədik və büdcəni qəbul etdik“.
 

Y. Kaçinskinin qənaətinə görə, jurnalistlərin parlament binasına daxil olmalarına dair məhdudiyyətlər barədə məlumatlar vəziyyəti gərginləşdirmək üçün bir  bəhanə və “planlaşdırılmış avantüra” idi.
 

Qeyd edək ki, dekabrın 16-da Seymdə müxalifət nümayəndələri palatanın işini əngəlləyiblər. Nəticədə 2017-ci ilin dövlət büdcəsi üzrə müzakirələr və səsvermə binanın digər zalında keçirilib. Müxalifət dərhal bu səsverməni qanunsuz elan edib. Bundan əlavə Seymin iclas salonunun müxalifət tərəfindən zəbt edilməsi fonunda jurnalistlərin binaya buraxılması müvəqqəti olaraq dayandırılıb. Demokratiyanın Müdafiəsi Komitəsi və bir sıra radikal müxalifət partiyaları Seymin binası qarşısında mitinq keçirib. Mitinq insidentsiz keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR