Bank Of Baku

Kataloniyanın sabiq rəhbəri ifadə vermək üçün İspaniya Məhkəmə Palatasına çağırılıb

Kataloniyanın sabiq rəhbəri ifadə vermək üçün İspaniya Məhkəmə Palatasına çağırılıb
# 31 oktyabr 2017 19:43 (UTC +04:00)

Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon və bölgə hökumətinin keçmiş üzvləri ifadə vermək üçün İspaniyanın Milli Məhkəmə Palatasına çağırılıblar. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, onlara 2-3 noyabr tarixlərində məhkəməyə gəlmək tapşırılıb. Gəlməyəcəkləri təqdirdə onlar barəsində axtarış elan ediləcək və həbs qətimkan tədbiri seçiləcək.    

 

Məlumata görə, əgər K.Puçdemon və digərləri Brüsseldə qalmağa qərar versələr, onlar Madridin sorğusu əsasında Belçika polisi tərəfindən həbs ediləcəklər.

 

Qeyd edək ki,  Kataloniya hökumətinin keçmiş üzvləri üsyanın təşkilində ittiham olunurlar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR