Bank Of Baku

Keçmiş Polşa prezidentinin meyitinin qalıqları eksqumasiya olunub

Keçmiş Polşa prezidentinin meyitinin qalıqları eksqumasiya olunub
# 15 noyabr 2016 01:53 (UTC +04:00)

2010-cu ildə Rusiyanın Smolensk vilayəti ərazisində baş vermiş təyyarə qəzasında ölən Polşa prezidenti Lex Kaçinski və onun həyat yoldaşı Mariya Kaçinskinin qalıqları Krakov şəhərində eksqumasiya olunub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Kaçinskilərin meyitlərinin qalıqları  məhkəmə-tibbi ekspertizasına göndərilib. Qalıqlar noyabrın 18-də yenidən basdırılacaq.

 

Eksqumasiya mərasimində mərhum Polşa liderinin əkiz qardaşı Yaroslav Kaçinski iştirak edib. Polşa prokuroluğu 2017-ci ilin sonunadək təyyarə qəzasının istintaqı çərçivəsində 83 nəfərin qalıqlarını eksqumasiya etmək planlaşdırır.

 

Xatırladaq ki, göyərtəsində Lex Kaçinski, Mariya Kaçinski və digər yüksək rütbəli məmurların olduğu təyyarə  2010-ci il, aprelin 10-da Smolenskdə qəzaya uğrayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR