Bank Of Baku

Kemeron və Merkel Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını bildiriblər

Kemeron və Merkel Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını bildiriblər
# 10 oktyabr 2015 02:26 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya və Böyük Britaniya liderləri Londonda keçirdikləri görüşdə razılığa gəliblər.

 

Devid Kemeron Normand formatı çərçivəsində əldə olunan irəliləyişi alqışlayıb, Anqela Merkel və Fransa prezidenti Fransua Ollandın səylərini yüksək qiymətləndirib. Görüşdə Ukraynaya  hərtərəfli dəstəyin vacibliyi xüsusilə vurğulanıb.

 

“Almaniya kansleri və baş nazir bu fikirdədirlər ki,  Minsk sazişi tam olaraq yerinə yetirilməyənədək Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar qüvvədə qalmalıdır”, Britaniya hökumətinin ofisindən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR