Bakı. Real Cəfərli - APA. “İranla hər cür razılaşmanın əldə olunması yaxşı bir anlaşmadır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib.
Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri açıq hədəfə yönəlikdir: “Bu hədəf də İranın nüvə proqramının dinc məqsədli olması istiqamətində bir etimad mühiti yaratmaq xarakteri daşıyır. Mən üç ildir bunun mümkün olduğunu göstərməyə çalışdım. Ona görə də artıq Cenevrə müzakirələrində bu hədəfə nə qədər yaxınlaşa biləcəyimizi görəcəyik. Bu müzakirələrdə əldə olunacaq hər cür anlaşma yaxşı bir razılaşma olacaq”.