Bank Of Baku

Ketrin Eşton İranı müxalifət liderlərini azad etməyə çağırıb

Ketrin Eşton İranı müxalifət liderlərini azad etməyə çağırıb
# 15 fevral 2013 13:33 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA.  Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton  növbəti dəfə İranı müxalifət liderlərini azadlığa buraxmağa çağırıb.

 

APA-nın məlumatına görə, K.Eşton Mehdi Kərrubinin, Mirhüseyn Musəvi və onun xanımı Zəhra Rəhnəvərdin hələ də ev dustağı olaraq qalmasından narahat olduğunu bildirib.

 

O deyib ki, müxalifət liderlərinin həbs qərarı heç bir hüquqi prosedur həyata keçirilmədən verilib: “Bu isə İranın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ziddir. Ev dustağı olan müxalifət liderlərinə baş çəkənlər üçün də məhdudiyyət var. Hətta öz ailə üzvləri də onlarla görüşməkdə çətinlik çəkir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR