Bank Of Baku

Merkel dördüncü dəfə kansler postu uğrunda mübarizə aparaсağını rəsmən bəyan edib - YENİLƏNİB

Merkel dördüncü dəfə kansler postu uğrunda mübarizə aparaсağını rəsmən bəyan edib - <span style="color: red;">YENİLƏNİB
# 20 noyabr 2016 19:39 (UTC +04:00)

Angela Merkel 2017-ci ildə Almaniya kansleri postuna namizədliyini irəli sürəcəyini rəsmən bəyan edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, o, bu barədə Berlində jurnalistlərə verdiyi açıqlamada bildirib.

 

“Çox güman ki,  Almaniyanın birləşməsindən sonra bu ən mürəkkəb seçki olacaq”, deyə A.Merkel vurğulayıb.

 

***

 

17:33

 

Angela Merkel növbəti seçkilərdə dördüncü dəfə Almaniya kansleri postu uğrunda mübarizə aparmağa hazırdır.

 

APA-nın məlumatına görə, bu barədə DPA agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

A. Merkel belə bir bəyanatla bu gün Berlində Xristian-Demokrat Partiyasının qurultayında çıxış edib. Partiyası tərəfindən dəstəklənəcək A. Merkelin bunu yerli vaxtla saat 19.00-da (Bakı vaxtı ilə saat 22.00) keçiriləcək mətbuat konfransında rəsmi olaraq elan edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Almaniya tarixində 4 dəfə kansler postunu tutmaq Helmut Kola nəsib olub. H. Kol 1982-1998-ci illərdə kansler olub. A. Merkel isə 2005-ci ildən kansler postunu tutur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR