Bakı-APA. Kiyevin Avropa meydanında keçirilən aksiya zamanı bəzi deputatlar xəsarət alıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu “Batkivşina” fraksiyasının lideri Arseniy Yasenyik deyib.
“Berkut” xüsusi təyinatlıların olduğu yerdə uşaqlar, gənclər, qocalar dayanmışdı. 120 kq çəkili yekəpərlər onları əzişdirib”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Ukrayna paytaxtının Avropa meydanında aksiya iştirakçıları ilə milis əməkdaşları arasında qarşıdurmalar olub. Etirazçılar maşınlardan birini mühasirəyə alıb və içindəki şəxsi düşürüb. Onlar həmin adamın milis əməkdaşı və müşahidə apardığını iddia edib.
Aksiya zamanı hər iki tərəfin gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.