Bank Of Baku

Kopenhagendə 30-dək anti-islam aksiyası iştirakçısı saxlanılıb

Kopenhagendə 30-dək anti-islam aksiyası iştirakçısı saxlanılıb
# 23 fevral 2013 19:55 (UTC +04:00)

 

Bakı-APA.  Danimarkanın paytaxtı Kopenhagendə anti-islam aksiyası zamanı polis 30-dək etirazçı saxlayıb.

  

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Danimarkada fəaliyyət göstərən “Danimarkanın islamlaşmasına son” (SIAD) təşkilatı bu gün Kopenhagendə anti-islam aksiyası təşkil edib. Aksiya şəhərin ərəb mühacirlərinin çoxluq təşkil etdiyi Norrebro məhəlləsində yaşayan yəhudi əhalisinin nümayəndələrinin təqib olunması barədə yayılmış xəbərlərin fonunda təşkil olunub. Aksiyada onlarla etirazçı iştirak edib.

 

Millətçilərin təşkil etdiyi aksiyaya cavab olaraq “Antifaşist addımlar” (AFA) solçu radikal qruplaşmasının yüzlərlə tərəfdarı mitinq təşkil edib.   

 

Mitinq iştirakçıları arasında baş verəcək hər-hansı insidentin qarşını almaq məqsədilə polis aksiyaya müdaxilə edib, tərəfləri bir birindən təhlükəsiz məsafəyə ayıraraq, ərazini mühasirəyə alıb. Saxlanılanların demək olar ki hamısı “Antifaşist addımlar” (AFA) solçu radikal qruplaşmasının üzvüdür.     

 

Qeyd edək ki, 2005-ci ildə yaradılmış “Danimarkanın islamlaşmasına son” (SIAD) təşkilatı ölkədə mütəmadi olaraq iğtişaşlarla və toqquşmalarla müşayiət olunan aksiyalar təşkil edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR