Bank Of Baku

Kvemo Kartli Qubernatoru Marneuliyə səfər edib

Kvemo Kartli Qubernatoru Marneuliyə səfər edib
# 01 iyun 2017 19:13 (UTC +04:00)

Kvemo Kartli qubernatoru Qriqol Nemsadze azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, qubernator Qriqol Nemsadze rayon icra hakimiyyəti başçısı Merab Topçiçvili və digər müavinlər və rayondakı kənd ərazi vahidlərinin icra nümayəndələrinin fəaliyyəti ilə tanış olub, Marneulidə yaşayan əhalini narahat edən problemləri dinləyib.

 

Marneuli rayon icra hakimiyyətində keçirilən işgüzar görüşdə icra hakimiyyəti başçısı M. Topçişvili qubernatora 2013-2017-ci illərdə kəndlərdə həyata keçirilən tikinti işləri ilə bağlı layihələr haqqında ətraflı məlumat verib. Qubernator Q. Nemsadze həmçinin gələcəkdə həyata keçiriləcək infrastruktur layihələrlə də tanış olub.

 

Sonda Kvemo Kartli bölgə qubernatoru rayon rəhbərləri və icra nümayəndələri ilə birgə azərbaycanlıların kompakt yaşadığı Alget kənd ərazi vahidliyində tikilən yeni uşaq bağçasının tikintisinə baş çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR