Bakı. Viktoriya Dementyeva – APA. Litvanın xarici işlər naziri Linas Linkyaviçyus Brüsseldə ölkəsinin Avropa Birliyinə sədrliyinə yekun vurub. APA-nın xəbərinə görə, nazir Litvanın sədrliyinin əsas nailiyyəti kimi Avropa Birliyinin 2014-cü il büdcəsinin qəbulunu və “Şərq tərəfdaşlığı” ölkələri ilə əlaqələrin möhkəmlənməsini göstərib. O bildirib ki, Türkiyə, Serbiya və Monteneqro ilə danışıqlarda sıçrayış, Gürcüstan və Moldova ilə siyasi assosiasiya və iqtisadi inteqrasiya sazişlərinin paraflanması, Azərbaycanla viza rejimini sadələşdirilməsi haqqında sazişin imzalanması ciddi hadisələrdir.
L. Linkyaviçyus “Şərq tərəfdaşlığı”nın Vilnüs sammitinin tərəfdaş ölkələrlə münasibətlərin möhkəmlənməsi istiqamətində önəmli bir mərhələ olduğunu vurğulayıb.
Qeyd edək ki, AB-də sədrlik Yunanıstana keçib.