Bank Of Baku

Litva prezidenti: “Sammitdə imzalanacaq sənədlər irəliyə doğru ciddi addım olacaq”

Litva prezidenti: “Sammitdə imzalanacaq sənədlər irəliyə doğru ciddi addım olacaq”
# 29 noyabr 2013 08:22 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu sözləri Litva prezidenti Dalya Qribauskayte “Şərq tərəfdaşlığı”nın Vilnüs sammitinin plenar iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, iclas çərçivəsində Avropa Birliyi ilə inteqrasiyaya hazır olan ölkələrlə razılaşmaların imzalanması və paraflanması baş verəcək. Belə ki, Gürcüstan və Moldova ilə assosiasiya sazişləri paraflanacaq, Azərbaycanla viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanacaq

 

D. Qribauskayte AB-Ukrayna əməkdaşlığının da diqqət mərkəzində olacağını söyləyib: “Dünən axşam vəziyyət dəyişməyib. Ukrayna prezidenti assosiasiya sazişçini imzalamağa hazır olmadığını bildirib”.

 

Qeyd edək ki, zirvə toplantısının yekunları əsasında Bəyannamə qəbul olunacaq və mətbuat konfransı keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR