Bank Of Baku

Londonda sürücü avtomobili piyadaların üstünə sürüb, 20-dək yaralı var

Londonda sürücü avtomobili piyadaların üstünə sürüb, 20-dək yaralı var
# 04 iyun 2017 00:15 (UTC +04:00)

“London-bric”  körpüsündə sürücü avtomobili piyadaların üstünə sürüb, xəsarət alanlar var. APA-nın  “Sky News”a istinadən verdiyi xəbərə görə, naməlum şəxs həmçinin piyadalara hücum edərək, bir neçə nəfərə bıçaq xəsarətləri yetirib.  

 

Hadisə şahidləri “Twitter” sosial şəbəkəsində avtomobilin piyadaları üstünə sürüldüyü bildirilir.

 

Yaxınlıqdakı dəmiryolu vağzalının bağlanıldığı vurğulanır.

 

“Telegraph”ın xəbərinə görə, insident nəticəsində 15-20 piyada xəsarət alıb. 

 

Qeyd edək ki, martın 22-də Londonda 5 nəfərin ölümü, onlarla insanın xəsarət alması ilə nəticələnən terror aktı törədilib. Terrorçu Xalid Məsud idarə etdiyi avtomobili Vestminster körpüsündə piyadaların üstünə sürüb. Daha sonra Britaniya parlamenti qarşısında bıçaqla polis əməkdaşını qətlə yetirib. Terrorçu Böyük Britaniya müdafiə nazirinin mühafizəçisi tərəfindən məhv edilib.    

 

Növbəti terror aktı mayın 22-də Mançesterdə tanınmış amerikalı müğənni Ariana Qrandenin konsertində törədilib. Terrorçu-kamikadze Salman Abedi özünü konsert arenasında partladıb, nəticədə 12-si uşaq olmaqla, 22 nəfər ölüb.

 

İŞİD qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR