Bakı – APA. Londonun Voksholl (Vauxhall) rayonunda, Temza çayının cənub sahilində helikopter qəzası baş verib. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, helikopter inşaat kranına ilişərək yerə düşüb və yanıb. Ölən və yaralananlar haqqında hələlik bilgi yoxdur. Hadisə yerində yanğınsöndürənlər və təcili yardım göndərilib.
Olaydan bir qədər sonra London polisi qəza zamanı 2 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı haqda xəbər yayıb. Yaralılar xəstəxanaya çatdırılıb.