Bank Of Baku

Londonda terror aktına görə daha 3 nəfər saxlanılıb

Londonda terror aktına görə daha 3 nəfər saxlanılıb
# 26 may 2013 03:42 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniya polisi Londonun Vulviç rayonunda hərbçinin qətli ilə bağlı daha üç nəfəri saxlayıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, saxlanılan şəxslər 21-28 yaşlarındadır. Onlardan ikisini saxlayarkən polis elektroşokerdən istifadə etməyə məcbur olub.

 

Vulviçdəki terror aktı ilə bağlı saxlanılanların sayı artıq 6-ya çatıb. Onların arasında bir qadın da var. Məlumata görə, qatillərdən biri əvvəllər Keniyada ekstremizm ittihamı ilə məhkum olunub.   

 

Qeyd edək ki, insident Britaniya cəmiyyətində böyük rezonansa səbəb olub, ölkədə son günlər antiislam çıxışlar geniş vüsət alıb.

 

Qeyd edək ki, mayın 25-də Parisdə analoji hadisə qeydə alınıb. Naməlum şəxslər (şahidlərin bildirdiyinə görə - “Şimali Afrikadan olan saqqallı mühacirlər”) bıçaqla hərbçiyə xəsarət yetirib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR